Xarici İşlər Nazirliyi: Hücumlar sülh və sabitliyi hədəf alır
Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi İsrailin bölgədəki hücumları ilə bağlı bəyanat yayıb.
Xarici İşlər Nazirliyi vurğulayıb ki, İsrail bütün bölgəni genişmiqyaslı toqquşmalara sürükləyən məsuliyyətsiz hərəkətlərini dayandırmalıdır. Bəyanatda qeyd olunur ki, İsrailin Suriya, Livan və Yəmən də daxil olmaqla bölgə ölkələrinə qarşı hücumları sülh və sabitliyi hədəfə alır:
“Netanyahu hökumətinin Qəzzada işğalı genişləndirmək barədə son qərarı da eyni ekspansionist və dağıdıcı düşüncənin təzahürüdür. Beynəlxalq ictimaiyyətin İsrailin düşünülməmiş təcavüzü qarşısında səssiz qalması və qətiyyətli mövqe nümayiş etdirməməsi təkcə regional deyil, həm də qlobal sülh üçün təhlükə yaradır. Türkiyə Yaxın Şərqdə sülh və sabitliyin təmin olunması istiqamətində səylərini bölgə ölkələri və beynəlxalq ictimaiyyətlə həmrəylik içində davam etdirir.”
Azərbaycan İnformasiya Agentliyi