Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Yermak xatırladıb ki, Prezident Volodimir Zelenski tərəfindən yaradılmış "Bring Kids Back" təşəbbüsü Rusiyanın qaçırdığı hər bir ukraynalı uşağı evinə qaytarmaq məqsədi daşıyır və bu çərçivədə daha bir qrup uşaq və gənc işğal olunmuş ərazilərdən və Rusiyadan geri gətirilib.

Onun sözlərinə görə, uşaqlar və gənclər illərlə təzyiq və qorxu altında yaşayıblar: “İşğalçılar onları rus məktəblərinə getməyə məcbur edirdi, hədələyirdi və ailələrini alçaldırdı. Xilas edilənlər arasında iki oğlu Rusiyaya deportasiya olunan və Ukrayna sənədləri əlindən alınan bir ana da var. Ailə əsas yaşayış şərtlərindən – pul, geyim və yeməkdən – məhrum edilmişdi. Onlar iki dəfə evlərinə qayıtmağa cəhd etdilər və yalnız üçüncü cəhddə təşəbbüsün tərəfdaşlarının köməyi ilə qaça bildilər.”

Yermak əlavə edib ki, geri qaytarılanların arasında uzun illər işğal altındakı torpaqlarda müvafiq müalicə və vacib dərmanlara çıxış imkanı olmadan yaşamağa məcbur olan əlil bir uşaq da olub: “Bu uşaq bu gün nəhayət ki, təhlükəsizlikdədir, anasının yanındadır və ukraynalı həkimlərin nəzarəti altındadır. Biz hər bir ukraynalı uşağı evinə qaytarmaq üçün əlimizdən gələni etməyə davam edəcəyik.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp