Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna nümayəndə heyətinə daxil olan Prezident Aparatının rəhbəri Andriy Yermak, Xarici İşlər naziri Andrii Sybiha və Müdafiə naziri Rüstem Umerov ABŞ dövlət katibi (eyni zamanda ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri) Marco Rubio, Prezidentin xüsusi nümayəndəsi Keith Kellogg, Türkiyə Xarici İşlər naziri Hakan Fidan və Milli İstihbarat Təşkilatının rəhbəri İbrahim Kalın ilə geniş görüş keçirib.

Yermak, Ukrayna üçün ədalətli və davamlı sülhə doğru atılan praktiki addımların müzakirə edildiyini qeyd edərək bildirib: “Bütün tərəflər açıq şəkildə vurğuladı ki, müharibə davamlı və ədalətli sülhlə başa çatmalıdır və tam, qeyd-şərtsiz atəşkəs bütün sonrakı qərarların əsasını təşkil edir.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp