Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Zaxarova ABŞ və Türkiyənin Ukraynaya silah göndərəcəyi ilə bağlı iddialara münasibət bildirib.

15 avqust tarixli açıqlamasında Zaxarova ABŞ Konqresi tərəfindən yayımlanan sənədlərdə Ukraynaya göndərilməsi planlaşdırılan silah və sursatların əhəmiyyətli miqdarda olduğunu iddia edib.

Zaxarova sənədlərdə 12 çoxlüləli raket sistemi, onlar üçün 2 min 500-dən çox idarəolunmayan kaset sursatı, 47 min 203 millimetrlik kaset sursatı və 70 qısa mənzilli ATACMS raketinin yer aldığını bildirib.

Daşınma planı ilə bağlı müxtəlif ziddiyyət və qeyri-müəyyənliklərin olduğunu iddia edən Zaxarova silahların təkrar ixracı layihəsini kimin başlatdığının, daşınmanın hansı marşrutla həyata keçiriləcəyinin və silahların Ukraynaya nə vaxt çatdırılacağının aydın olmadığını deyib.

Zaxarova ABŞ və Türkiyənin Ukrayna böhranının həllində siyasi və diplomatik yolları prioritet hesab etdiklərini bildirmələrinə baxmayaraq belə bir silah göndərişinin planlaşdırılmasını tənqid edib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Ukraynaya silah göndərilməsinin Rusiya baxımından hərbi əməliyyatın gedişini dəyişməyəcəyini iddia edərək, daşınmaların insan tələfatı və dağıntılarla yanaşı Rusiyanın ABŞ və Türkiyə ilə münasibətlərinə də zərər vuracağını bildirib.

Zaxarova həmçinin Türkiyənin daha əvvəl Ukraynaya öldürücü silahların göndərilməsindən çəkinəcəyinə dair təminat verdiyini iddia edərək, silah göndərişinin qarşılıqlı etimadı sarsıdacağını deyib.

Rusiya Xarici İşlər Nazirliyinin ABŞ Konqresi tərəfindən açıqlanan məlumatlarla əlaqədar Vaşinqton və Ankaradan izahat tələb etdiyi bildirilib.

Zaxarova tərəfləri məsələ ilə bağlı “soyuqqanlı qiymətləndirmə” aparmağa çağırıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp