Zelenski AB Xarici İşlər və Təhlükəsizlik Siyasəti Üzrə Yüksək Nümayəndəsi ilə görüşdü
Ukrayna Prezidenti Volodimir Zelenski, Ukrayna'yı ziyarəti çərçivəsində Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti Üzrə Yüksək Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Josep Borrell ilə görüşdü.
Zelenski Rus hücumuna qarşı Ukraynaya möhkəm dəstək verən Avropa İttifaqına təşəkkür etdi.
Öz bəyanatında Zelenski, "Ukrayna xalqına verdiyiniz dəstəyə görə təşəkkür edirəm. Çətin vaxtlarda hər zaman bizimlə idiniz. Müqavimət, suverenlik və müstəqillik üçün Ukrayna və onun xalqı ilə bizim döyüşümüz zamanı böyük çətinliklərlə üz üzdə qaldığımızda həmişə Ukraynanın və onun xalqının yanında idiniz." dedi.
Azərbaycan İnformasiya Agentliyi