Zelenski: Birliyimizin ən böyük gücümüz olduğunu sübut etdik
Kiyev, 9 may (Hibya) – Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Günü münasibətilə mesaj yayımlayıb.
Zelenski bildirib ki, azadlıq, bərabərlik, demokratiya və hər bir həyata hörmət – dili nə olursa olsun – Avropadakı hər kəs üçün eyni dərəcədə dəyərlidir və önəmlidir.
“Ukraynada hər kəs Avropa gələcəyi uğrunda bir araya gəldikdə və bütün Avropa Ukraynanın ətrafında birləşdikdə – biz sübut etdik ki, birliyimiz ən böyük gücümüzdür,” – deyə Zelenski qeyd edib.
Azərbaycan İnformasiya Agentliyi