Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Volodimir Zelenski Şimali Avropa və Baltikyanı ölkələrdən ibarət NB8 qrupunun liderləri ilə Ukraynadakı müharibənin sona çatdırılmasına yönəlmiş diplomatik təşəbbüsləri və Əbu-Dabidə keçirilməsi planlaşdırılan üçtərəfli görüşə hazırlıqları müzakirə edib.

Zelenski Əbu-Dabidəki görüşdən əvvəl son günlər NATO və Avropa nümayəndələrinin Brüsseldə görüşlər keçirdiyini, həmçinin ABŞ Prezidentinin nümayəndələri ilə təmasların baş tutduğunu və danışıqlar qruplarının daim əlaqədə olduğunu bildirib. O deyib: “Əmirliklərdəki görüşün səmərəli keçməsini təmin etməli olduğumuza inanırıq. Mümkün real nəticələrlə bağlı təkliflərimizi Amerika tərəfinə çatdırmışıq”.

Avropanın təhlükəsizliyi ilə bağlı məsələlərin Avropa ölkələrinin iştirakı ilə müzakirə edilməli olduğunu vurğulayan Zelenski bildirib: “Avropanın təhlükəsizliyi ilə bağlı məsələlər təhlükəsizliklərinin təmin olunmasına eyni dərəcədə haqqı olan Avropa ölkələrinin iştirakı ilə nəzərdən keçirilməlidir”.

Rusiyanın Ukraynaya qarşı müharibəsini mümkün qədər tez sona çatdırmaq üçün həqiqi diplomatiyanın prioritet hesab edilməsindən məmnunluğunu bildirən Zelenski liderlərə qış ərəfəsindəki ehtiyaclar barədə də məlumat verib. Zelenski deyib: “Bu qışdan əvvəl enerji və əlbəttə ki, hava hücumundan müdafiə sahəsində ehtiyaclarımızı liderlərə çatdırdım. Yardım etməyə hazır olduğunuza görə təşəkkür edirəm”.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp