Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Volodimir Zelenski nümayəndə heyəti ilə birlikdə Almaniyanın paytaxtı Berlinə gəlib.

İclasda Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi, enerji və maliyyə dəstəyi, diplomatik proses, müharibənin başa çatdırılması istiqamətində növbəti addımlar və təhlükəsizlik zəmanətləri müzakirə olunacaq. Zelenski Avropanın danışıqlar prosesində tam iştirakını təmin etməyi və görüşlərin səmərəli keçməsini hədəflədiklərini bildirib.

Zelenski Berlin proqramı çərçivəsində Avropa ölkələrinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcəyini və Almaniya Kansleri Fridrix Merts ilə də görüşəcəyini açıqlayıb. O, proqramda ABŞ tərəfi və Avropanın milli təhlükəsizlik müşavirlərinin iştirakı ilə ayrıca danışıqlar formatının da nəzərdə tutulduğunu qeyd edib. Zelenski prosesə töhfə verən bütün tərəflərə təşəkkür edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp