Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampı Rusiya işğalının törətdiyi dağıntıları daha yaxşı başa düşmək üçün dünən gecə Ukraynaya səfər etməyə çağırıb. ABŞ-ın “60 Minutes” televiziya proqramına verdiyi müsahibədə o bildirib ki, Tramp müharibəni bitirməyə dair planlar hazırlanmazdan əvvəl Ukraynaya gəlməlidir.

Zelenski bildirib ki, əgər ukraynalılar və onların müttəfiqləri Rusiyanın təcavüzünə qarşı qətiyyətli mövqe nümayiş etdirməzlərsə, o, müharibənin daha da gərginləşəcəyindən qorxur.

“Təhlükə gerçəkdir. Əsas məqsəd Rusiya supergücünü bərpa etmək və NATO tərəfindən qorunan əraziləri ələ keçirməkdir. Bütün bunları nəzərə alaraq inanıram ki, bu müharibə dünya müharibəsinə çevrilə bilər”, - deyə o bildirib.

Dünən Rusiyanın Ukraynanın Sumi şəhərinin mərkəzinə endirdiyi hücum nəticəsində otuzdan çox insan həlak olub. Zelenski beynəlxalq ictimaiyyətin sərt reaksiya verməli olduğunu bildirib. “Rusiyaya münasibət terror təşkilatlarına münasibətlə eyni olmalıdır”, - deyə o əlavə edib.

“60 Minutes” proqramında verdiyi müsahibədə Zelenski bildirib ki, bu hücum Rusiyaya etibar etməyin mümkün olmadığını göstərdi və onlarla danışıqlar aparılması mümkün deyil.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp