Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Volodimir Zelenski Macarıstanın Baş naziri Peter Magyar ilə görüşündə ikitərəfli münasibətləri və Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlük prosesini müzakirə edib. Zelenski iki yeni danışıqlar klasterinin açılması istiqamətində atdığı addımlara görə Magyara təşəkkür edərək, qalan iki klasterin də ilin sonuna qədər açılması üçün çalışdıqlarını bildirib.

Görüş zamanı Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin sona çatdırılmasına yönəlmiş diplomatik təşəbbüslər, iki ölkə arasındakı ticarət və kənd təsərrüfatı məhsulları ilə bağlı məsələlər də nəzərdən keçirilib.

Zelenski Ukrayna ilə Macarıstan arasında əməkdaşlığın inkişaf etdirilməsi, müxtəlif səviyyələrdə birgə fəaliyyətin bərpa olunması və qarşılıqlı səfərlərin həyata keçirilməsi barədə razılığa gəldiklərini açıqlayıb. O, səfərlərin tarixlərinin tərəflərin komandaları tərəfindən müəyyən ediləcəyini qeyd edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp