Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Zelenski qeyd edib ki, Rusiya gecə ərzində 370-dən çox hücum dronu və müxtəlif tipli 21 raketlə böyükmiqyaslı hücum həyata keçirib.

Onun sözlərinə görə, Kiyev və ətraf ərazilər, həmçinin Sumı, Xarkiv və Çernihiv vilayətləri hədəfə alınıb. “Xarkivdə doğum xəstəxanası, məcburi köçkünlərin qaldığı yataqxana, tibb fakültəsi və yaşayış binaları zərər görüb. İndiyədək aralarında bir uşağın da olduğu onlarla insanın yaralandığı bildirilir. Paytaxtda və ətraf bölgələrdə rusların əsas hədəfləri enerji obyektləri olub. Təəssüf ki, bu hücum bir nəfərin həyatına son qoydu”, – deyə o bildirib.

Zelenski vurğulayıb ki, Rusiyanın enerji infrastrukturuna hücumları hava hücumundan müdafiə sistemlərinin təchizatında heç bir gecikmənin olmamalı olduğunu sübut edir. O deyib: “Bu hücumlara göz yummaq olmaz; güclü cavab verilməlidir. Bütün tərəfdaşlarımızın reaksiyasına və yardımına güvənirik. Patriot, NASAMS və digər sistemlər üçün istehsal olunan hər bir raket kritik infrastrukturu qorumağa və insanların qış soyuğuna tab gətirməsinə kömək edir. Hava hücumundan müdafiə ilə bağlı Davosda Prezident Tramp ilə razılaşdırılan hər şeyin tam icrasını təmin etməliyik.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp