Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Prezident Zelenski xatırladıb ki, otuz dörd gün əvvəl Ukrayna ABŞ-ın tam və şərtsiz atəşkəs təklifinə müsbət cavab verib.

O bildirib ki, bu otuz dörd gün ərzində Rusiya açıq şəkildə atəşkəsi rədd etməyə davam edib. “Putin müharibəni davam etdirməyə fokuslanıb. Rusiya dövlət təbliğatçıları xalqı diplomatiyanın nəticə verməyəcəyinə inandırır. Bunun tək bir səbəbi var: Moskvada qorxu yoxdur”, – deyə Zelenski vurğulayıb.

Zelenski əlavə edib: “Rusiya üzərində kifayət qədər güclü təzyiq olmadığı halda, onlar alışdıqları şeyi etməyə davam edəcəklər – müharibəni davam etdirmək. Hamımız bunun bitməsini istəyirik. Bizə sülh lazımdır – davamlı sülh. Ona görə də Ukrayna təhlükəsizlik və sülhü bərpa edə biləcək hər bir formatda tərəfdaşları ilə konstruktiv şəkildə işləyir.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp