Zelenski: Sanksiyaların hər addımı sülhü yaxınlaşdırır
Kiyev, 17 avqust (Hibya) - Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hücumları üçün kritik əhəmiyyət daşıyan bəzi məhsulların hətta G7-yə üzv ölkələrdən tədarükünün davam etdiyini bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski açıqlamasında sanksiyaların yalnız hərbi sahə ilə məhdudlaşmadığını, digər sanksiya kanalları üzrə də işlərin davam etdiyini bildirib.
Zelenski qeyd edib ki, tərəfdaşlar tətbiq olunan hər bir sanksiya addımının sülhün yaxınlaşmasına və insanların həyatının xilas edilməsinə necə töhfə verdiyini anlamalıdırlar.
Azərbaycan İnformasiya Agentliyi