Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Volodimir Zelenski Serbiya Prezidenti Aleksandar Vuçiç ilə iki gün davam edən danışıqlarında iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirə olunduğunu bildirib. Zelenski liman və dəmir yolu infrastrukturunun gücləndirilməsi, iqtisadi inkişaf, yenidənqurma, Ukrayna və Serbiyada iş yerlərinin yaradılması istiqamətində konkret işlər apardıqlarını qeyd edib.

Zelenski iki ölkə arasında azad ticarət zonasının yaradılmasına dair sazişin ilin sonunadək tamamlanması üçün çalışdıqlarını bildirib. Danışıqlarda qarşıdan gələn qış mövsümünün yaradacağı enerji problemlərinin də müzakirə olunduğunu deyən Zelenski Rusiyanın hücumları nəticəsində Ukraynadakı istilik elektrik stansiyalarının böyük hissəsinin yararsız vəziyyətə düşdüyünü qeyd edib.

Enerji sahəsində əməkdaşlığın Ukrayna üçün böyük əhəmiyyət daşıdığını vurğulayan Zelenski Serbiyanın, xüsusilə səhiyyə və enerji sahələrində yeni humanitar yardım paketi təqdim edəcəyini açıqlayıb. Zelenski həmçinin Serbiyanın Avropa İttifaqına üzvlük prosesinin sürətləndirilməsini dəstəklədiklərini bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp