Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkə Patriot hava hücumundan müdafiə sistemlərinin çatışmazlığını yaşayır. O əlavə edib ki, Putin hücumlarını davam etdirir və mülki yaşayış məntəqələrini hədəf alır.

Zelenski Patriot tutucu raketlərinin tədarükünə dəstək verən ölkələrə təşəkkür edərək, uzunmüddətli təhlükəsizliyin təmin olunması üçün Ukraynanın öz istehsal imkanlarına ehtiyac duyduğunu vurğulayıb.

O həmçinin qeyd edib ki, ehtiyac yarandıqda ABŞ-ın əməliyyat dəstəyi faydalı ola bilər və bu məsələ ilə bağlı ABŞ Prezidenti Donald Trampdan müsbət cavab gözlədiklərini bildirib.

Zelenski deyib: "Bu gün Ukraynaya başsağlığı verən hər kəsə, susmayan və Rusiya terrorunu pisləyən hər kəsə təşəkkür edirəm."

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp