Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Zelenski Ihor Klymenkonun təqdim etdiyi hesabatdan sonra ölkənin təhlükəsizlik və müdafiə potensialının gücləndirilməsinə dair planı təsdiqlədiyini açıqlayıb.

Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının təhlükəsizlik və müdafiə sahəsindəki prosesləri koordinasiya etməklə yanaşı, ölkənin dayanıqlılığı ilə bağlı bütün amilləri daha real şəkildə qiymətləndirməli olduğunu bildirib.

O, insan fəaliyyəti nəticəsində yaranan fövqəladə hallara müdaxilə, Rusiya hücumlarının nəticələrinin aradan qaldırılması, eləcə də regionların və yerli icmaların qış şəraitinə hazırlanması istiqamətində işlərin daha sürətlə həyata keçirilməli olduğunu qeyd edib.

Zelenski Klymenko ilə zəruri təşkilati və kadr qərarlarını təsdiqlədiklərini, həmçinin Milli Təhlükəsizlik və Müdafiə Şurasında və qərargah iclaslarında gündəliyin müəyyənləşdirilməsi və qəbul edilən qərarların icrasına nəzarət üsullarının dəyişdirilməsi barədə razılığa gəldiklərini bildirib.

O, kibertəhlükəsizlik, informasiya dayanıqlılığı və Rusiyanın informasiya əməliyyatlarına qarşı mübarizədə daha yaxşı nəticələr əldə etmək üçün yeni tədbirlərin də müəyyənləşdirildiyini qeyd edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp