Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ-ın Kolumbiyanın paytaxtı Boqotadakı Səfirliyi Venesuelanın paytaxtı Karakasda və ətraf ərazilərdə baş verən partlayışlarla bağlı məlumatlardan sonra təhlükəsizlik xəbərdarlığı yayımlayıb. Bəyanatda ABŞ vətəndaşlarına Venesuelaya heç bir halda səfər etməmələri çağırışı edilib, ölkədə olan şəxslərdən isə olduqları yerdə qalmaları və şərait təhlükəsiz olan kimi ölkəni tərk etmələri istənilib.

Xatırladılıb ki, Venesuela ABŞ-ın səfər xəbərdarlığı sistemində ən yüksək səviyyə olan “Səviyyə 4: Səfər Etməyin” kateqoriyasına daxildir. Bildirilib ki, bu xəbərdarlıq özbaşına saxlanmalar, terror təhlükəsi, adam oğurluğu, yüksək cinayət səviyyəsi, mülki iğtişaşlar və qeyri-kafi səhiyyə infrastrukturu kimi risklərə əsaslanır.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp