Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Tramp paylaşımında yazıb: “Bu terrorçuları əvvəllər xəbərdar etmişdim ki, əgər xristianların qətliamını dayandırmasalar, ağır bədəl ödəyəcəklər və bu gecə onu ödədilər. Tanrı ordumuzu qorusun. Öldürülən terrorçular da daxil olmaqla hər kəsə MİLAD BAYRAMINIZ MÜBARƏK. Xristianların öldürülməsi davam edərsə, daha çox insan öləcək.”

Nigeriyanın Xarici İşlər Nazirliyi hücumları təsdiqləyərək, onların terrorçu hədəflərə qarşı dəqiq zərbələr olduğunu bildirib. ABŞ Afrika Komandanlığı Sokoto ştatında “bir neçə İŞİD terrorçusunun” öldürüldüyünü və zərbələrin Nigeriya hökumətinin tələbi ilə həyata keçirildiyini açıqlayıb.

Bu, Trampın prezidentliyi dövründə ABŞ-ın Nigeriyada həyata keçirdiyi ilk hücumdur. Tramp oktyabr və noyabr aylarında nigeriyalı xristianların öldürülməsinə görə Nigeriya hökumətini kəskin tənqid etmiş və vəziyyəti soyqırım ilə müqayisə etmişdi.

Nigeriya hökuməti ölkədəki terror təhlükəsinin yalnız xristianlara yönəldiyi iddialarını rədd edir və müsəlmanların və digər dinlərin nümayəndələrinin də mütəmadi olaraq hücumlara məruz qaldığını bildirir. Son olaraq çərşənbə günü Maiduguri şəhərində bir məsciddə baş verən partlayış nəticəsində azı yeddi nəfər həlak olub.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp