Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Asiya səfəri öncəsi jurnalistlərə açıqlamalar verib.

Miqrant böhranına və sərhədlərdəki vəziyyətə toxunan Tramp miqrant karvanlarının heç vaxt ölkəyə buraxılmayacağını vurğulayıb. Meksikanın bu məsələ ilə bağlı tədbirlər görməli olduğunu, əks halda ölkəyə qarşı yüksək gömrük tarifləri tətbiq ediləcəyini bildirən Tramp mövcud sistemin onilliklərdir fəaliyyət göstərdiyini və Konqresin dəstəyi ilə dünyada ən yaxşı və ən təhlükəsiz sistemi qurmaq istədiyini qeyd edib.

Açıqlamalarından sonra ABŞ Prezidenti Donald Tramp Asiya səfərinə yola düşüb və onun səfər proqramı dəqiqləşib. Ağ Evin yaydığı məlumatlara görə, Trampın Asiya səfərində ilk dayanacağı Filippinin paytaxtı Manila olacaq. Burada o, ASEAN-ın illik Sammitində iştirak edəcək və regional liderlərlə görüşəcək.

Filippindən sonra Donald Tramp Çinin Şençjen şəhərinə gedərək APEC Liderlər Sammitində iştirak edəcək. Trampın Şençjendəki səfəri çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin, Rusiya Prezidenti Vladimir Putin və bir sıra digər liderlərlə görüşlər keçirməsi gözlənilir.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp