Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətər Böyük Britaniyanın paytaxtı Londonda keçirilən Gələcəyin Dayanıqlılığı Forumunda vasitəçilik sahəsində baxışlarını və sülh yolu ilə həllə yönəlmiş səylərini beynəlxalq ictimaiyyətlə bölüşüb.

Forumun yüksək səviyyəli iclasında çıxış edən Qətər Xarici İşlər Nazirliyinin dövlət naziri doktor Məhəmməd bin Əbdüləziz Əl-Xuleyfi ölkəsinin təhlükəsizliyi və rifahının qlobal sabitliklə birbaşa əlaqəli olduğunu vurğulayıb.

Nazir Əl-Xuleyfi Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al Sani tərəfindən bir müddət əvvəl irəli sürülmüş "İnkişaf etməkdə olan dövlətlər" anlayışına diqqət çəkərək bir ölkənin beynəlxalq aləmdəki gücünün coğrafi ölçüsündən daha çox etibarlılığı və tərəflər arasında körpü qurmaq qabiliyyəti ilə ölçüldüyünü bildirib.

Qətərin diplomatik fəaliyyətlərinə toxunan Əl-Xuleyfi ölkəsinin ABŞ ilə Venesuela arasında məhbus mübadiləsində, Kolumbiyadakı sülh prosesində, Qəzza zolağı ilə bağlı Misir, Türkiyə və ABŞ ilə birgə səylərdə, Böyük Göllər bölgəsindəki təşəbbüslərdə və ukraynalı uşaqların ailələrinə qovuşdurulması əməliyyatlarında fəal rol oynadığını qeyd edib.

Nazir Əl-Xuleyfi əlavə edib ki, vasitəçi dövlətlərin suverenliyinə, danışıqlar aparan şəxslərin təhlükəsizliyinə və görüşlərin məxfiliyinə hörmət edilməsi həyati əhəmiyyət daşıyır.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp