Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Fələstin Xarici İşlər Nazirliyi Beytləhm yaxınlığında bir yəhudi məskunlaşanın avtomobillə azı səkkiz fələstinlini vuraraq yaralamasını pisləyib, işğal hakimiyyətinin məskunlaşanlara təmin etdiyi cəzasızlığa son qoyulmasını və təqsirkarların ədalət qarşısına çıxarılmasını tələb edib.

Nazirliyin yaydığı yazılı bəyanatda bildirilib ki, ötən bazar ertəsi axşamı Xirbət əd-Dir bölgəsində piyada hərəkət edən azı səkkiz fələstinli vətəndaş məskunlaşanlardan biri tərəfindən qəsdən avtomobillə vurulub. Hücum nəticəsində bədənlərinin müxtəlif nahiyələrindən xəsarət alan mülki şəxslərin müalicə üçün xəstəxanalara aparıldığı qeyd edilib.

Fələstin Xarici İşlər Nazirliyi bu ağır hadisənin fələstinlilərə qarşı mütəşəkkil məskunlaşan hücumlarının artdığı bir dövrdə baş verdiyinə diqqət çəkərək belə əməllərin işğal qüvvələrinin himayəsi və siyasi dəstəyi altında törədildiyini vurğulayıb.

Hücuma görə bütün məsuliyyəti işğal hökumətinin üzərinə qoyan nazirlik avtomobili idarə edən şəxsin, cinayətdə iştirak edən digər məskunlaşanların, eləcə də bu zorakılıq əməllərini təşviq edərək cəzasızlığı təmin edən qurumların məhkəmə qarşısında cavab verməli olduğunu bildirib.

Beynəlxalq ictimaiyyəti təcili müdaxiləyə çağıran nazirlik məskunlaşanların törətdiyi cinayətlərin cəzasız qalmamasını təmin edəcək təsirli hüquqi mexanizmlərin işə salınmasını və işğal hakimiyyətinin bu cinayətlərdəki məsuliyyətinin araşdırılmasını tələb edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp