Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

CCTV-nin məlumatına görə, Kanadanın Baş naziri Mark Karni noyabrın 17-18-də keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığının (APEC) 33-cü İqtisadi Liderlər Sammitində iştirak etmək üçün Çinin Şençjen şəhərinə gəlib.

Rəsmilər Çin və Kanadanın Asiya-Sakit Okean regionunda iki mühüm iqtisadiyyat olduğunu bildirərək hər iki ölkənin resursların bölüşdürülməsi və iqtisadi struktur baxımından bir-birini əhəmiyyətli dərəcədə tamamladığını, regional əməkdaşlıq və qlobal çağırışlarla mübarizədə geniş ortaq maraqlara malik olduğunu, həmçinin çoxtərəfliliyin müdafiəsinə böyük əhəmiyyət verdiyini qeyd ediblər.

Bu çərçivədə xatırladılıb ki, Karni bu ilin yanvar ayında Çinə uğurlu səfər edib və səfər zamanı iki ölkənin liderləri Çin-Kanada yeni strateji tərəfdaşlığının inkişaf etdirilməsi barədə razılığa gəliblər.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp