Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ Prezidenti Donald J. Tramp Honduras Prezidenti Nasri “Tito” Asfura ilə görüş keçirib. Görüşdə iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Tramp təhlükəsizlik sahəsində kartellər və narkotik qaçaqmalçılığına qarşı mübarizə, qeyri-qanuni miqrasiya və dəstə fəaliyyətlərinə qarşı birgə səylərin müzakirə edildiyini bildirib. Həmçinin investisiya və ticarət mövzularının da gündəmdə olduğu qeyd edilib.

Açıqlamada bildirilib ki, Prezident Asfura Honduras xalqının sağlamlığına, təhsilinə, rifahına və iqtisadi inkişafına diqqət yetirir. Eyni zamanda Trampın gələcəkdə Asfuranı yenidən ABŞ-da qəbul etməyi planlaşdırdığı və onu seçki qələbəsi münasibətilə təbrik etdiyi vurğulanıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp