Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ müdafiə naziri Pit Heqsetin sözlərinə görə, hücumlar Suriyadakı İŞİD üzvlərini, eləcə də təşkilata məxsus olduğu güman edilən infrastruktur və silah anbarlarını hədəf alıb. Cümə günü ölkənin mərkəzi hissələrində 70-dən çox müxtəlif hədəf döyüş təyyarələri, hücum helikopterləri və artilleriya atəşi ilə vurulub.

ABŞ ordusunun nümayəndəsi bildirib: “Regionda amerikalılara və tərəfdaşlarımıza zərər verməyə çalışan terrorçuları amansızcasına təqib etməyə davam edəcəyik.”

13 dekabrda ABŞ qüvvələrinə qarşı həyata keçirilən hücumda üç ABŞ vətəndaşı — iki hərbçi və bir mülki tərcüməçi həlak olub.

ABŞ prezidenti Donald Tramp Truth Social platformasında ABŞ hücumlarını “çox ciddi bir cavab” kimi xarakterizə edib və hücuma məruz qalan ərazinin İŞİD-in “aradan qaldırılması” halında parlaq gələcəyinin olduğunu yazıb.

Tramp yazıb: “Suriyanı əvvəlki əzəmətinə qaytarmaq üçün çox çalışan bir şəxsin rəhbərlik etdiyi Suriya hökuməti tam dəstək verir.”

Suriya Xarici İşlər Nazirliyi ABŞ hücumları barədə açıq şərh verməyib. Lakin X-də yayımlanan bəyanatda İŞİD-lə mübarizəni davam etdirməyə və “Suriya ərazisində onun üçün təhlükəsiz sığınacaqların olmamasını təmin etməyə” qərarlı olduğu bildirilib.

Pentagonun məlumatına görə, amerikalıları hədəf alan şübhəli İŞİD hücumu Suriyanın Palmira şəhərində baş verib. Amerikalılar yerli qərarvericilərlə görüşmək və terrorizmin qarşısını almaq məqsədilə Suriya təhlükəsizlik qüvvələri ilə birlikdə fəaliyyət göstərən nümayəndə heyətinin tərkibində olublar.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp