Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

CENTCOM-un məlumatına görə, hücumlar terrorizmə qarşı mübarizə aparmaq və regiondakı ABŞ və tərəfdaş qüvvələri qorumaq məqsədi daşıyıb.

CENTCOM bildirib: “Mesajımız qətidir: döyüşçülərimizə zərər versəniz, ədalətdən nə qədər qaçmağa çalışsanız da, sizi dünyanın istənilən yerində tapıb məhv edəcəyik.”

Rəsmi şəxsin sözlərinə görə, zərbələrdə F-15E, A-10, AC-130J təyyarələri, MQ-9 pilotsuz uçuş aparatları və İordaniyaya məxsus F-16 qırıcıları iştirak edib.

Zərbələrin dəqiq yeri və mümkün itkilərin miqyası hələlik məlum deyil.

Müdafiə naziri Pit Heqset şənbə günü X platformasında bildirib: “Biz heç vaxt unutmayacağıq və heç vaxt geri çəkilməyəcəyik.”

Tramp administrasiyası “Hawkeye” əməliyyatı barədə ilk dəfə dekabrda İŞİD döyüşçülərinin Suriyanın mərkəzində, Palmira yaxınlığında iki ABŞ əsgərini və bir ABŞ mülki tərcüməçisini öldürməsindən sonra məlumat vermişdi.

Əsl adı Əhməd əl-Şaraa olan və Abu Məhəmməd əl-Colani ləqəbi ilə tanınan şəxs, üsyançı qrupunun Əsədi devirməsindən sonra ölkənin dövlət başçısı kimi fəaliyyət göstərir.

İŞİD Suriyada zəifləsə də, xüsusilə 2025-ci ildə şimal-şərqdə kürd rəhbərliyindəki qüvvələrə qarşı hücumlar həyata keçirərək fəaliyyətini davam etdirir.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp