Ağ Ev: Biden-Harris İdarəsi yerli hakimiyyətlə daimi əlaqədədir
Vaşinqton, 8 yanvar (Hibya) - Ağ Ev, Biden-Harris İdarəsinin Cənubi Kaliforniyadakı yanğınlarla mübarizə səylərini dəstəkləmək üçün hakimiyyətlə daimi əlaqədə olduğunu açıqlayıb.
Ağ Evin bəyanatına görə, ABŞ Prezidenti Co Baydenin təlimatına əsasən, Biden-Harris İdarəsi Cənubi Kaliforniyadakı yanğınlarla mübarizə səylərini dəstəkləyərək, Kaliforniya qubernatoru Nüsom, Los-Anceles meri Bass, onların komandaları, zərərçəkmiş rayonlar və digər yerli hakimiyyət orqanları ilə daimi əlaqədədir.
Bəyanatda prezidentin Müdafiə Nazirliyinə əlavə yanğınsöndürmə personalı və imkanlar təmin etməyi tapşırdığı qeyd edilir:
“Bundan əlavə, Kaliforniya və Nevada Milli Qvardiyasının Modulyar Hava Yanğın Söndürmə Sistemi bölmələrindən ikisi yerləşdirilib və 10 su vedrəsi ilə təchiz olunmuş donanma helikopterləri San Dieqodan yola düşüb. Prezident bölgə sakinlərini ayıq olmağa və yerli hakimiyyət orqanlarının xəbərdarlıqlarına əməl etməyə çağırışını bir daha təkrarladı.”
Azərbaycan İnformasiya Agentliyi