Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi sosial media hesabında etdiyi paylaşımda Almaniya Kansleri Fridrix Mertsin 2025-ci ilin iyununda İsrailin İrana hücumları haqqında verdiyi açıqlamanı xatırladıb. O bildirib ki, Merts həmin dövrdə İsrailin fəaliyyətini “İsrail hamımız üçün çirkli işi görür” sözləri ilə qiymətləndirib.

Bəqayi qeyd edib ki, 2026-cı ilin oktyabrında Almaniyanın xarici işlər naziri və digər rəsmilər İrana qarşı yeni hücumlarla bağlı xəbərdarlıq edərək gərginliyin daha da artmasının qarşısının alınmasının vacibliyini vurğulayıblar.

Bəqayi paylaşımında alman şairi və dramaturqu Fridrix Şillerin “Orlean Qızı” əsərinin üçüncü pərdəsinin altıncı səhnəsindən də sitat gətirib. Həmin ifadələrdə ağlın dəliliyin ardınca sürüklənməsi və yaxınlaşan fəlakətin qarşısını ala bilməməsi təsvir olunur.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp