Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Efiopiyanın Baş naziri Abiy Ahmed Ali ölkəsinin gələcəyini gənclərsiz təsəvvür etməyin mümkün olmadığını bildirib.

Abiy Ahmed Ali paylaşımında gənclərin dəyişikliklərin hərəkətverici qüvvəsi, suverenliyin müdafiəçiləri və firavan bir dövlət quruculuğu prosesinin tərəfdaşları olduğunu qeyd edib.

Gənclərin parçalanma, münaqişə və yoxsulluq dövrünü geridə qoyaraq cəsarət, birlik və ortaq məqsəd əsasında Efiopiya tarixində yeni bir səhifə yazdığını bildirən Abiy Ahmed Ali, Medemer hökumətinin gənc efiopiyalıları gücləndirməyə və onların lider kimi rollarını möhkəmləndirməyə davam edəcəyini vurğulayıb.

Abiy Ahmed Ali ölkəni sevgi, birlik və ortaq milli baxış əsasında birlikdə irəliləməyə çağırıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp