Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen axtarış-xilasetmə işlərinin davam etdiyi Kolumbiyaya dəstək çərçivəsində 2 milyon avro maliyyə vəsaitinin ayrılacağını bildirib.

Ursula von der Leyen açıqlamasında axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini bildirərək, Avropa İttifaqının Kolumbiyaya mümkün olan bütün sahələrdə dəstək göstərdiyini qeyd edib.

Von der Leyen Kolumbiyanın ən çox zərər çəkmiş bölgələrindəki icmaları dəstəkləmək məqsədilə 2 milyon avronun istifadəyə veriləcəyini bildirib və Kolumbiyanın Aİ Mülki Müdafiə Mexanizmini aktivləşdirməsindən sonra yardımların sahədəki ehtiyaclarla uyğunlaşdırılması üçün işlərin aparıldığını qeyd edib. Aİ Mülki Müdafiə Mexanizmi fəlakətlərdən zərər çəkmiş ölkələrin təcili yardım müraciətlərinin əlaqələndirilməsini təmin edir.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp