Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Pakistan Baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar açıqlamasında Qırmızı dənizdə ticarət gəmisinə edilən hücumdan dərin narahatlıq keçirdiyini bildirib. Mövcud məlumata görə, hadisə nəticəsində üç Pakistan vətəndaşının həyatını itirdiyini və bir nəfərin yaralandığını qeyd edən Dar, həlak olanların ailələrinə başsağlığı verib.

Dar Pakistanın silahlı münaqişənin tərəfi olmayan ticarət gəmisinə Husi hücumunu qətiyyətlə pislədiyini bildirib. Belə hücumların günahsız insanların həyatını təhlükəyə atdığını və beynəlxalq hüququn pozulması olduğunu qeyd edən Dar, hücumların Qırmızı dənizdə naviqasiya azadlığı, dəniz təhlükəsizliyi və ticarət gəmilərinin təhlükəsizliyi baxımından ciddi təhdid yaratdığını vurğulayıb.

Səudiyyə Ərəbistanı hakimiyyəti və beynəlxalq səviyyədə tanınmış Yəmən hökuməti ilə əlaqə saxladıqlarını bildirən Dar, hadisənin təfərrüatlarını və başvermə şəraitini müəyyən etmək üçün iş aparıldığını qeyd edib.

Dar Ər-Riyaddakı səfirliyə müvafiq qurumlarla dərhal koordinasiya yaratmaq tapşırığı verdiyini bildirib, həyatını itirən Pakistan vətəndaşlarının cəsədlərinin götürülməsi və ölkəyə göndərilməsi üçün bütün zəruri tədbirlərin izlənilməsini, yaralanan Pakistan vətəndaşına isə mümkün olan hər cür dəstəyin göstərilməsini istəyib.

Dar vəziyyəti yaxından izlədiklərini və aidiyyəti qurumlarla əlaqələri davam etdirəcəklərini bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp