Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al Tani rəsmi səfərlə Dohada olan Hindistanın xarici işlər naziri Subrahmanyam Ceyşankar ilə görüşüb.

Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlər və onların daha da inkişaf etdirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunub. Xüsusilə iqtisadi əməkdaşlığın gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması və qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Tərəflər həmçinin regional hadisələri, bu proseslərin qlobal iqtisadiyyata və enerji bazarlarına təsirlərini müzakirə edib, qarşılıqlı maraq doğuran müxtəlif beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə beynəlxalq mübahisə və münaqişələrin həllində dialoq və diplomatiyanın əhəmiyyəti vurğulanıb. Hər iki tərəf diplomatik yolların regional və qlobal səviyyədə təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə töhfə verəcəyi barədə razılığa gəlib.

Qətər və Hindistan həmçinin hər iki ölkə üçün prioritet sahələrdə birgə iş mexanizmlərinin və ikitərəfli komitələrin daha səmərəli fəaliyyət göstərməsi barədə razılığa gəliblər. Bu çərçivədə iqtisadi, ticarət və strateji sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi nəzərdə tutulur.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp