Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Pakistanın Baş naziri Şahbaz Şərif İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüşdən sonra Şərif Pakistan ilə Türkiyə arasındakı strateji tərəfdaşlığın bütün istiqamətləri üzrə müzakirə aparıldığını bildirib.

Şərif qeyd edib ki, danışıqlarda ticarət, investisiya, müdafiə sənayesi əməkdaşlığı, enerji, nəqliyyat və bağlantı layihələri, texnologiya sahəsində əməkdaşlıq, regional sülh və xalqlararası münasibətlər əsas müzakirə mövzuları olub.

O vurğulayıb ki, Pakistan və Türkiyə beynəlxalq problemlərin həllində dialoq, diplomatiya və qarşılıqlı hörmətə əsaslanan ortaq mövqelərini bir daha təsdiqləyiblər və bu yanaşmanın qlobal sülh və təhlükəsizliyin qorunması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Şərif Prezident Ərdoğana qonaqpərvərliyinə görə təşəkkür edərək bildirib ki, tərəflər qarşılıqlı müəyyən edilmiş 5 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə nail olmaq və mövcud iqtisadi potensialdan maksimum istifadə etmək barədə ortaq razılığa gəliblər.

Şərif İstanbulda keçirilən Pakistan–Türkiyə Biznes Konfransında da iştirak edib və Türkiyə iş adamları ilə görüşüb.

O bildirib ki, Türkiyənin sahibkarlıq ekosistemi, innovativ yanaşması və biznes mühitinin dinamizmi onu heyran edib və Prezident Ərdoğanın rəhbərliyi altında Pakistan–Türkiyə iqtisadi tərəfdaşlığının yeni və güclü mərhələyə qədəm qoyduğuna inandığını ifadə edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp