Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Avstraliyanın Baş naziri Entoni Albanese Türkiyənin ev sahibliyi etdiyi COP31 sammiti çərçivəsində Kiribati Prezidenti Taneti Maamau ilə görüşüb.

Görüşdən sonra sosial media hesabında açıqlama verən Albanese Avstraliyanın təhlükəsizliyinin öz regionundan başladığını vurğulayaraq Kiribati kimi kiçik ada dövlətləri üçün iqlim dəyişikliyinin ən böyük təhlükə olduğuna diqqət çəkib.

Albanese COP31 sammitində qlobal iqlim danışıqlarına rəhbərlik etməklə Sakit okean regionunun səsini dünya səviyyəsində çatdırdıqlarını bildirib. O, birgə fəaliyyətləri davam etdirmək məqsədilə Prezident Taneti Maamau ilə görüşməkdən məmnunluğunu ifadə edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp