Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Kanadanın xarici işlər naziri Anita Anand Kambocanın paytaxtı Pnompendə Kambocanın xarici işlər naziri Prak Sokhonn ilə görüşüb.

Anand görüş zamanı Kambocanın bu il Frankofoniya Sammitinə sədrliyi öz üzərinə götürməsi münasibətilə təbrik etdiklərini və iki ölkə arasında ticarətin artırılması imkanlarını müzakirə etdiklərini bildirib.

ASEAN ilə Kanada arasında azad ticarət sazişi üzrə danışıqların başa çatmasını mühüm addım kimi qiymətləndirən Anand Kanadanın Kamboca da daxil olmaqla ASEAN üzvü olan ölkələrlə sıx əməkdaşlıq edəcəyini qeyd edib.

Anand bu əməkdaşlıq vasitəsilə Kanada və ASEAN ölkələrindəki müəssisələr üçün yeni imkanların yaradılmasının hədəfləndiyini vurğulayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp