Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında hava hərəkətinə nəzarət sisteminin yenilənməsi ilə bağlı paylaşdığı açıqlamalarda Konqresə maliyyələşmə çağırışı edib.

Tramp bildirib ki, hava hərəkətinə nəzarət sistemi üçün tələb olunan vəsait Konqres tərəfindən təsdiqlənərsə, yeni sistem sürətli və səmərəli şəkildə qurula bilər. Sistemin dünyada ən yaxşı hava hərəkətinə nəzarət infrastrukturu olacağını iddia edən Tramp mövcud sistemin bəzi hissələrinin 50 illik olduğunu qeyd edib.

Tramp əvvəlki administrasiyanın layihəni illərlə gecikdirdiyini irəli sürərək işlərin bir mərhələdə və tam şəkildə başa çatdırılmasının vacibliyini vurğulayıb.

Tramp ABŞ-ın keçmiş Prezidenti Co Baydenin administrasiyasını Federal Aviasiya Administrasiyası (FAA) ilə bağlı uğursuzluqda ittiham edib. O, əvvəlki administrasiyanın başladığı işlərin pis nəticələndiyini və mövcud sistemin vəziyyətinin daha da pisləşdiyini iddia edib. Tramp Konqresin lazımi maliyyəni tez bir zamanda təmin etməli olduğunu bildirib.

Tramp həmçinin Ağ Evdə bir çox məsələ ilə bağlı görüşlər keçirdiyini və ABŞ üçün həyəcanverici hadisələrin baş verdiyini ifadə edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp