Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Avropa Komissiyasının sədri Ursula von der Leyen Finlandiya Prezidenti Alexander Stubb ilə Ukrayna və Rusiya arasında sülh danışıqlarını müzakirə etdiklərini bildirib.

Von der Leyen Avropanın E5 və Avropa İttifaqı (Aİ) formatları vasitəsilə bu prosesdə yaxından iştirak edəcəyini açıqlayıb.

Ukraynaya maksimum dəstək göstərəcəklərini və Rusiyaya maksimum təzyiq edəcəklərini vurğulayan von der Leyen bu amansız müharibəyə son qoymaq üçün göstərdiyi yorulmaz səylərə görə Finlandiyaya təşəkkür edib.

Sabah keçiriləcək Aİ-nin Genişlənmə Forumundan əvvəl genişlənmə məsələsini də müzakirə etdiklərini bildirən von der Leyen daha geniş və güclü İttifaqın daha firavan və müstəqil Avropanın formalaşmasına töhfə verəcəyi barədə razılığa gəldiklərini ifadə edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp