Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Kanadanın xarici işlər naziri Anita Anand Omanın xarici işlər naziri Bədr bin Həməd Əl-Busaidi ilə görüşüb.

Anand sosial media hesabında paylaşdığı açıqlamada bildirib ki, iki ölkə 50 illik diplomatik münasibətlər üzərində qurulan tərəfdaşlığa yeni təkan verib.

O, may ayında Maskata etdiyi səfərin on ildən artıq müddətdə Kanada xarici işlər nazirinin Omana ilk rəsmi səfəri olduğunu xatırladaraq, həmin görüşlər zamanı başlanmış işlərin davam etdirildiyini qeyd edib.

Anand bildirib ki, Kanada və Oman daha müntəzəm dialoq mexanizmi yaratmaq və ikitərəfli əməkdaşlığı müxtəlif sahələrdə genişləndirmək barədə razılığa gəliblər. O əlavə edib ki, görüşdə Omanın regiondakı diplomatik rolu da müzakirə olunub.

Açıqlamada Yaxın Şərqdə sülhün, sabitliyin və təhlükəsizliyin gücləndirilməsinin vacibliyi vurğulanıb, beynəlxalq hüquqa, BMT-nin Dəniz Hüququ Konvensiyasına (UNCLOS) və Hörmüz boğazında gəmiçilik azadlığına birgə dəstək bir daha təsdiqlənib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp