Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Asiya-Sakit okean regionunun səhm bazarlarında ticarət günü ərzində qarışıq dinamika müşahidə olunub. Regionun aparıcı indekslərinin əksəriyyəti geriləyib, Hindistan və İndoneziya bazarlarında isə artım qeydə alınıb.

Avstraliyanın S&P/ASX 200 indeksi 1,65 faiz azalaraq 8 895,40 bəndə enib. Yaponiyanın Nikkei 225 indeksi 0,93 faiz itki ilə 59 106 bəndə, Honkonqun Hang Seng indeksi isə 0,82 faiz azalaraq 23 560 bəndə düşüb.

Çin bazarlarını izləyən FTSE China 50 indeksi 0,91 faiz azalaraq 15 060,89 bəndə geriləyib.

Hindistanın Nifty 50 indeksi 0,30 faiz artaraq 25 366,50 bəndə, İndoneziyanın IDX Composite indeksi isə 0,70 faiz yüksələrək 5 358,08 bəndə çatıb.

Beləliklə, Asiya bazarlarında ümumilikdə eniş meyli üstünlük təşkil etsə də, bəzi regional indekslər müsbət dinamika nümayiş etdirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp