Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Əmtəə bazarında qiymətli metalların əksəriyyəti bahalaşıb. Investing.com-un məlumatlarına görə, qızılın 2026-cı ilin dekabr ayı üzrə fyuçers müqaviləsi 0,45 faiz artaraq 3 870,15 səviyyəsinə yüksəlib.

Gümüşün 2026-cı ilin dekabr ayı üzrə fyuçers müqaviləsi 1,02 faiz bahalaşaraq 47,335 səviyyəsinə çatıb, palladium isə 1,29 faiz artaraq 978 səviyyəsində ticarət olunub. Platinin 2027-ci ilin yanvar ayı üzrə fyuçers müqaviləsi 1,54 faiz dəyər qazanaraq 1 469,85 səviyyəsinə yüksəlib.

Sənaye metallarında isə azalma müşahidə olunub. Misin 2026-cı ilin dekabr ayı üzrə fyuçers müqaviləsi 0,14 faiz ucuzlaşaraq 5,9778 səviyyəsinə enib, alüminium isə 0,48 faiz azalaraq 2 994,65 səviyyəsində qeydə alınıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp