Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəqayi ABŞ dövlət katibinin “qılınc götürmüş adamlara qanunu izah etmək olmaz” şəklindəki yanaşmasına etiraz edərək bu düşüncə tərzinin beynəlxalq hüququ və sülhü təhdid etdiyini bildirib.

Bəşəriyyətin keçmişdə bu cür dağıdıcı arqumentlərə laqeyd qalmağın ağır bədəlini ödədiyini vurğulayan Bəqayi xatırladıb ki, Hitler Reyxstaq yanğınından sonra milli təhlükəsizliyi bəhanə gətirərək fövqəladə vəziyyət elan edib, əsas hüquqları dayandırıb və diktaturaya gedən yolu açıb.

Bu gün də İrana qarşı müharibənin əxlaq və milli təhlükəsizlik iddiaları ilə əsaslandırılmağa çalışıldığını bildirən Bəqayi sərt reaksiya verərək deyib: “Əgər Amerika Birləşmiş Ştatları qılınc yelləməyin onu qanunlardan üstün etdiyinə inanırsa, bu məntiqlə İŞİD-in qəbul etdiyi məntiq arasında hansı əhəmiyyətli fərq qalır?”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp