Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Avropa Şurası Rusiyanın Ukraynada mülki infrastruktura qarşı hücumlarına cavab olaraq ümumilikdə 113 şəxs və qurumu hədəf alan yeni sanksiyalar paketini qəbul edib.

Avropa Şurasının açıqladığı tədbirlər çərçivəsində təxminən 50 Rusiya bankı və maliyyə qurumu, həmçinin elektron ticarət nəhəngi Wildberries-in yeganə səhmdarı və Ozon şirkətində səhmlərin əksəriyyətinə sahib olan bir şəxs sanksiya siyahısına daxil edilib. Enerji sektorunda isə Rusiya neft emalı zavodlarını və Sankt-Peterburq neft terminalını idarə edən şirkətlər, eləcə də kəşfiyyat və hasilat sahəsində fəaliyyət göstərən müəssisələr hədəfə alınıb.

Aİ həmçinin Birləşmiş Ərəb Əmirlikləri, Çin, Seyşel adaları və Omandan Rusiya xam neftini alan şirkətləri, eləcə də yüksək riskli daşımalar vasitəsilə Aİ məhdudiyyətlərindən yayınan kölgə donanması gəmilərinin sahibi və ya idarəçisi olan iş adamlarını sanksiya siyahısına əlavə edib.

Avropa Şurası tərəfindən siyahıya salınan şəxs və qurumların aktivləri dondurulacaq, fiziki şəxslərə isə səyahət qadağası tətbiq olunacaq.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp