Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qazaxıstanın xarici işlər naziri Ermek KoşerbayevRusiyanın xarici işlər naziri Sergey Lavrov Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən görüşdə iki ölkə arasında geniş əməkdaşlıq gündəmini müzakirə ediblər.

Görüşdə Qazaxıstan ilə Rusiya arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gücləndirilməsi, yüksək səviyyəli səfərlər təqvimi və iqtisadi əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Tərəflər 2025-ci il etibarilə 27 milyard dollardan artıq olan ticarət dövriyyəsinin artırılması və investisiya əlaqələrinin daha da inkişaf etdirilməsi barədə razılığa gəliblər. Sənaye, enerji, nəqliyyat və rəqəmsal texnologiyalar sahələrində əməkdaşlığın genişləndirilməsi hədəflənib.

Həmçinin “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizi və “Qərbi Avropa–Qərbi Çin” avtomobil yolu kimi logistika layihələri, eləcə də sərhəd infrastrukturunun gücləndirilməsi müzakirə olunub.

Təhsil, mədəniyyət və ətraf mühit sahələrində əməkdaşlığın artırılması vurğulanıb, birgə təhsil layihələri və universitet əməkdaşlığının davam etdiriləcəyi bildirilib.

Görüşün sonunda tərəflər 2027–2028-ci illəri əhatə edən Xarici İşlər Nazirlikləri arasında Əməkdaşlıq Planını imzalayıblar.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp