Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Baykar İdarə Heyətinin sədri Səlcuq Bayraktar ilə görüş keçirib.

Görüş zamanı pilotsuz uçuş aparatları (PUA), elektron müharibə sistemləri, pilotsuz texnologiyalar və tərəflərin qarşılıqlı maraq göstərdiyi digər müdafiə sənayesi mövzuları müzakirə olunub.

Tərəflər Azərbaycan ilə Türkiyə arasında strateji müdafiə əməkdaşlığının inkişafı ilə bağlı fikir mübadiləsi aparıb, yüksək texnologiyalara əsaslanan müdafiə sistemləri sahəsində mövcud və potensial əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp