Çexiya Prezidenti Pavel Uimbldonun finalına yüksələn çex tennisçiləri təbrik edib
Praqa, 9 iyul (Hibya) - Çexiya Prezidenti Petr Pavel Uimbldonun finalına yüksələn çex tennisçiləri təbrik edib və həlledici oyun öncəsi onlara uğurlar arzulayıb.
Prezident Petr Pavel paylaşdığı müraciətdə bildirib ki, yalnız çex idmançılarının mübarizə aparacağı Uimbldon finalı ölkənin tennis tarixi baxımından mühüm bir hadisədir.
Pavel finala yüksələn iki tennisçini tarixi nailiyyətlərinə görə təbrik edib və Çexiyanı ən yaxşı şəkildə təmsil etdiklərinə görə onlara təşəkkürünü bildirib.
Prezident Pavel final qarşılaşması öncəsi idmançılara uğurlar arzulayaraq, onların qazandığı uğurun gələcək nəsillər üçün ilham mənbəyi olduğunu vurğulayıb.
Azərbaycan İnformasiya Agentliyi