Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Portuqaliya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, xarici işlər naziri Paulo Rangel Lissabondakı Necessidades Sarayında Kabo-Verdenin xarici işlər, icmalar və milli müdafiə naziri Manuel Amante da Rosa ilə görüşüb.

Məlumata əsasən, görüş zamanı iki ölkə arasında ikitərəfli münasibətlər nəzərdən keçirilib, iqtisadiyyat, enerji, ticarət, təhsil və peşə hazırlığı sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi müzakirə olunub.

Tərəflər həmçinin Portuqal Dilli Ölkələr Birliyinin (CPLP) yaradılmasının 30 illiyi ilə bağlı tədbirlərə hazırlıq məsələlərini müzakirə edərək, təşkilatın müasir diplomatik və geosiyasi mühitdə əhəmiyyətini bir daha təsdiqləyiblər.

Məlumatda bildirilir ki, Portuqaliyanın xarici işlər naziri Paulo Rangel FIFA Dünya Kubokundakı çıxışına görə Kabo-Verde milli futbol komandasını da təbrik edib və bu uğurun ölkənin beynəlxalq tanınmasına töhfə verdiyini vurğulayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp