Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bağaei Kaja Kallasın bəyanatına münasibət bildirib.

Bağaei deyib:

"Xanım Kallas, zəhmət olmasa təcavüzkarın müdafiəçisi kimi davranmağı dayandırın. MAQATE-nin ən ciddi nəzarəti altında olan İranın dinc nüvə proqramı barədə narahatlığınızı ifadə edərkən, İsrail rejiminin nəhəng nüvə silahı arsenalını necə görməməzlikdən gələ bilərsiniz?! İran heç vaxt nüvə silahı axtarmayıb; əksinə, 1974-cü ildən bəri İran tərəfindən dəstəklənən 'nüvə silahlarından azad Yaxın Şərq' ideyasının yeganə əngəli elə bu təcavüzkar rejimdir. Təcavüzkarı qınamadan və onu hücumlarını və hərbi cinayətlərini dayandırmağa çağırmadan necə “gərginliyin azaldılması”ndan danışa bilərsiniz?"

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp