Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai ABŞ-ın İrana qarşı hücumları ilə bağlı açıqlama verib.

Baqai iddia edib ki, ABŞ ordusu Hörmüzqan vilayətinin Hacıabad rayonunun Seyid Cövzər kəndində yerləşən ətraf mühitin mühafizəsi məntəqəsini hədəfə alıb və ekoloji mühafizə əməkdaşı Cavad Həsənzadənin ailəsindən üç nəfər həlak olub.

Baqai bildirib ki, bu hücum onun sözlərinə görə son dörd ay yarım ərzində törədilən müharibə cinayətlərinin son nümunəsidir və ABŞ-ı İran mülki vətəndaşlarını hədəf almaqda ittiham edib.

O əlavə edib ki, baş verən hər yeni hadisə məsul şəxslərin məhkəmə qarşısına çıxarılması və cəzalandırılması istiqamətində qətiyyəti daha da gücləndirir.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp