Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsrailin xarici işlər naziri Gideon Saar Perunun seçilmiş Prezidenti Keyko Fucimori ilə telefonla danışdığını açıqlayıb.

Saar Fucimorini seçkidə qazandığı qələbə münasibətilə təbrik etdiyini, həmçinin Peru xalqını ölkənin qarşıdan gələn 205-ci Müstəqillik Günü münasibətilə təbrik etdiyini bildirib.

Görüş zamanı Saar İsrailin Peru ilə təhlükəsizlik, su ehtiyatlarının idarə olunması, kənd təsərrüfatı və kibertəhlükəsizlik başda olmaqla müxtəlif sahələrdə əməkdaşlığı gücləndirmək istədiyini vurğulayıb. O, həmçinin İsrailin Perunun OECD-yə üzvlük prosesini tam dəstəklədiyini və bu prosesə töhfə verməyə hazır olduğunu qeyd edib.

Saar əlavə edib ki, seçilmiş Prezident Fucimorini İsrailə dəvət edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp