Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi İsraili İrana qarşı dezinformasiya kampaniyası aparmaqda ittiham edərək, müharibənin genişləndirilməsinə dəstək toplamaq məqsədilə ABŞ və Avropa ictimaiyyətində qorxu yaratmağa çalışıldığını iddia edib.

Bəqayi Fransada baş verdiyi iddia edilən “soyuducu hadisələri”ndən tutmuş İranın ABŞ rəsmilərinə qarşı sui-qəsd planlaşdırması barədə iddialara qədər müxtəlif hadisələrin İsrailin dezinformasiya mexanizmi tərəfindən həyata keçirilən əlaqələndirilmiş təbliğat kampaniyasının bir hissəsi olduğunu irəli sürüb.

Bu kampaniyanın İranı təkcə Qərb hökumətləri üçün deyil, adi insanlar üçün də təhlükə kimi göstərməyi hədəflədiyini bildirən Bəqayi deyib: “Məqsəd aydındır: İnsanları müharibənin genişləndirilməsini dəstəkləməyə sövq etmək və onların liderlərinin düşünülməmiş siyasi və hərbi addımlarını ictimai təhlükəsizliyi qorumaq bəhanəsi ilə qanuniləşdirmək üçün qorxu yaradılır.”

Bəqayi ABŞ və İsraili İrana qarşı apardıqları müharibədə dövlət terrorizmi həyata keçirməkdə ittiham edib və İranın qanuni özünümüdafiə çərçivəsində cavab verdiyini müdafiə edib.

Bəqayi ABŞ rəsmilərinin hərbi sığınacaqlara çəkilməsini də tənqid edərək bunun ictimai rəğbət qazanmaq cəhdi olduğunu iddia edib.

Bəqayi açıqlamasında bildirib: “İran öz təcavüzkarlarını məğlub etmək üçün onların bədniyyətli surətinə çevrilməli deyil. O, məğlubların oyununu oynamaq üçün də heç bir səbəb görmür.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp