Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

44 yaşlı Qremmi mükafatlı sənətçi bilet satışlarından 400 milyon dollardan çox, məhsul satışlarından isə 50 milyon dollardan artıq gəlir gətirən Cowboy Carter turnesinin uğurundan sonra dünyanın ən varlı insanları sırasına daxil olub. Onun əvvəlki Renaissance dünya turnesi isə 579 milyon dollardan çox gəlir əldə etmişdi.

Həyat yoldaşı Jay-Z 2019-cu ildə Forbes-un milyarderlər siyahısına düşən ilk musiqiçi olub. Rihanna, Bruce Springsteen və Taylor Swift də bu seçkin statusa çatan adlar arasındadır.

Beyoncé Cécred adlı saç baxımı brendi, SirDavis adlı viski brendi və Ivy Park adlı geyim markası da daxil olmaqla bir çox təşəbbüsə start versə də, Forbes-un məlumatına görə onun şəxsi sərvətinin əsas hissəsi kataloqundan və qlobal turnelərindən əldə edilən gəlirlər də daxil olmaqla musiqi karyerasından qaynaqlanır.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp